
«Neftçi»nin yeni müqavilə imzalamadığı Azər Salahlı «Kəpəz»lə danışıqları başa çatdırıb.
Tərəflər ortaq məxrəcə gələ bilməyib.
Fikir ayrılığ maliyyə şərtlərində yaranmayıb.
Əksinə, Gəncə klubu müdafiəçinin 7500 manat maaş istəyinə müsbət cavab verib. Sadəcə, yığmanın sabiq üzvünün kontraktın müddəti ilə bağlı tələbi «sarı-göylər»in fikri ilə üst-üstə düşməyib.
Salahlı anlaşma sürəcinin 2 illik olması şərti irəli sürübsə, «Kəpəz» başbilənləri müqavilənin 2026-cı ilin yayından o tərəfə keçməsinə qarşı çıxıb və bkləcə, görüşmələr müsbət yekunlaşmayıb.
SPORTİNFO.AZ