Millinin hücumçusu Azərbaycandan Sinqapura getdi - TRANSFER

25 İyun 2025 00:40 Kəpəz 1 475
Millinin hücumçusu Azərbaycandan Sinqapura getdi - TRANSFER

Bu yay “Kəpəz”dən ayrılan Trent Buhagiarın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, Malta millisinin hücumçusu Sinqapurda çıxış edəcək.

O, yüksək liqada çıxış edən “Tampins Rovers” ilə 1 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ötən mövsümün ikinci yarısında Gəncə təmsilçisinə keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 20:00 Çək və bizə göndər!