Çətin vəziyyətlə üzləşdi, öncə sağollaşdığı oyunçulara indi minnətçi düşdü

23 İyun 2025 11:00 Kəpəz 1 706
Çətin vəziyyətlə üzləşdi, öncə sağollaşdığı oyunçulara indi minnətçi düşdü

Doqquz aydan sonra «Kəpəz»ə dönən Adil Şükürov gözləmədiyi vəziyyətlə üzləşib.

Gənrcə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayan çalışdırıcı danışıqlar apardığı əksər yerli futbolçulardan «yox» cavabı alıb.

Çünki tanıyanlar, xasiyyətinə bələd olanlar onunla işləməkdən birmənalı surətdə imtina edir.

O, bu üzdən öncə üz döndərdiyi oyunçulara dönüb.

Şükürov ilk günlər «mənə lazım deyil» söylədiyi İlkin Qırtımov və Ehtiram Şahverdiyevlə əlaqə saxlayıb, onları öz sərəncamında görmək istədiyini bildirib. Köhnə-yeni sükançı hər iki müdafiəçiyə birillik müqavilə təklif eləyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti