“Kəpəz”in baş məşqçisinin arzuladığı “10 nömrə” görün kimdir!

20 İyun 20:40 Kəpəz 1 250
“Kəpəz”in baş məşqçisinin arzuladığı “10 nömrə” görün kimdir!

“Kəpəz”in növbəti mövsüm üçün əsas strategiyası keçmiş legionerləri geri qaytarmaqdır.

Artıq bu yöndə işə start verilib, sabiqlərlə müəyyənb danışıqlar olub.

Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov Georgi Papunaşvilini də “Kəpəz”ə qaytarmaqda israrlıdır.

Təcrübəli çalışdırıcı futbolçu və insani keyfiyyətlərinə güvəndiyi gürcüstanlı yarımmüdafiəçinin komandaya böyük fayda verəcəyini düşünür.

İş burasındadır ki, Georginin ötən yay “Zirə”ylə bağladığı 1+1 şərtli müqavilədə əsas söz sahibi klubdur. Orta sahə oyunçusunun komanda ilə məşqlərə başladığını nəzərə alsaq, +1 bəndinin qüvvəyə mindiyini demək olar.

Belə olduğu halda, Rəşad Sadıqovun onu “Kəpəz”ə buraxacağı inandırıcı görünmür.

Papunaşvili 2023/24 mövsümündə məhz Adil Şükürovun rəhbərliyi altında “sarı-göylər”in şərəfini qoruyub.

“Zirə”nin maliyyə şərtləri sərfəli olduğundan, ötən ilin avqustunda “qartallar”la müqavilə bağlayıb. O, qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 7 qol və 3 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı