
“Sumqayıt”ın 9 milyonluq büdcəsinin qarşısında “Kəpəz”in 3 milyonu yalnız liqada baş girləmək üçün yetərli idi.
Elə də oldu.
Gəncə təmsilçisi 1 il əvvəl olduğu kimi, yenə birtəhər Premyer Liqada yerini qorudu.
Komanda mövsümə olduqca bərbad başladı. İlk 4 turda nə xal qazana, nə qol vura bildilər.
Nəticədə ilk baş məşqçi istefası “Kəpəz”də reallaşdı- Adil Şükürov getdi, Azər Bağırov dövrü başladı.
Azər Bağırov işə başlayana qədər “Kəpəz” Tovuzda “Sabah”a da udzudu, daha sonra yeni baş məşqçinin rəhbərliyi altında növbəti 3 turda da mıəğlub oldular.
Artıq 8 tur arxada qalmışdı nəhayət, çempionatdakı 9 rəqiib arasında “Kəpəz”ə uduzan tapıldı. Bu, “Neftçi” idi.
Ondan sonra “Kəpəz” “Səbail” və “Şamaxı”nı üstələdi, “Sabah”la heç-heçə oynadı, kubokda 2 mərhələ keçdi, 2025-ci ilin ilk qarşılaşmasında “Turan Tovuz”a 5 qol vurdu.
Əsas rəqiblərinin də tez-tez xal itirməsi “Kəpəz”in işinə yaradı və sanki “ölü dirildi”. Hamının əlini üzdüyü “Kəpəz”i Azər Bağırov liqada saxladı.
Mükafatı isə təəccüblü olsa da, komandadan göndərilmək oldu - Azərbaycan futbolunda öyrəşdiyimiz mənzərə.
2025-ci ilin əvvəlində klubda nəfəsi hiss olunub, özü gözə görünəmyən yeni rəhbərlik/sponsor peyda oldu. Onlar haqqında ara-sıra mətbuatda xəbərlər cıxsa da, üzdə yox idilər.
Nəhayət, mayın 10-da klubun yeni İradə Heyəti seçildi. İdarə Heəyinini sədri seçilən Namiq Qədirovun ilk qərarı isə qədirbilməzlik kimi göründü.
Azər Bağırovla elə davranıldı, elə şərait yaradıldı ki, özü klubdan getmək məcburiyyətində qaldı. Son turda “Turan Tovuz”la oyunda meydanda “Kəpəz”in adı vardı, özü yox.
Futbolçular bəlkə də baş mıəşqçiinn belə formada göndərilməsinə etiraz olaraq konkret oynamadı və Azər Bağırovun “Kəpəz”lə vidası 0:4-lə yadda qaldı.
Qədirovdan fərqli, qədirbilən Gəncə azarkeşleri isə Azər Bağırova təşəkkürlərini alqışlarlıyla bildirdi.
“Kəpəz” artıq rıəsmən Adil Şükürova tapşırılıb. Onun qayıdışının necə alınacağını zaman göstərəcək.
Dəqiq olan budur ki, “Kəpəz”in yeni rəhbərliyi Azər Bağırovu yola salmaqla üzərinə ağır məsuiliyyət götürdü.
Yeni mövsümdə artıq komandanın qəpik-quruşlu büdcəsi yox, daha sanballı vəsaiti olacaq. Yeni stadionu istifadəyə veriləcək.
“Kəpəz” ev oyunlarını öz azarkeşlərinin qarşısında keçirəcək.
Və bütün bunlardan sonra “Kəpəz”in nətcəsi builki “Sumqayıt”ın, “Səbail”in çıxışı kimi olsa, onda azarkeş bir yandan, media bir yandan, döz görək, “Kəpəz rəhbərliyi”, nə qədər dözəcəksən!
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN