
Yeni mövsüm üçün heyətini komplektləşdirən "Kəpəz" ilk transferini yekunlaşdırıb.
Bölgə klubu uzun sürən danışıqlardan sonra Şakir Seyidovla anlaşıb.
Onunla iki illik anlaşma əldə olunub.
Orta sahə oyunçusu aylıq 6000 manat əmək haqqına razılıq verib.
24 yaşlı yarımmüdafiəçi son mövsümü "Sabah"da keçirib.
O, 10 Premyer Liqa matçında meydana çıxıb.
Gənclər millimizin üzvü "Sabah"dan başqa müxtəlif vaxtlarda "Kəpəz", "Turan Tovuz" və "Dauqavplis" (Latviya) klublarında icarədə olub.
SPORTİNFO.AZ