“Nə zəng edən var, nə də maraqlanan” – Kapitan ayrılıq mesajını verdi

15 İyun 19:00 Kəpəz 1 475
“Nə zəng edən var, nə də maraqlanan” – Kapitan ayrılıq mesajını verdi

“Heç bir məlumat yoxdur. Nə zəng edən var, nə də maraqlanan”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında son üç mövsümü “Kəpəz”də keçirmiş Yeqor Xvalko deyib.

Belaruslu müdafiəçinin Gəncə təmsilçisi ilə müqavilə müddəti başa çatsa da, komandada qalıb-qalmayacağı bilinmir.

Yeni baş məşqçi Adil Şükürov heyətin böyük qismini təzələmək qərarına gəldiyindən, görünür, kapitanla da işləmək fikrində deyil.

28 yaşlı futbolçu hazırkı dönəmi əvvəlki dövrlərlə müqayisə edib:

“Yəqin ki, karyeramı “Kəpəz”də davam etdirməyəcəyəm. Xidmətimdə maraqlı olsaydılar, danışıqlara başlayardılar.

Çünki bundan əvvəlki iki ildə mövsüm başa çatan kimi danışığa başlamışdıq. İstirahətə getməmişdən əvvəl vəziyyətin necə olacağı bilinirdi.

Açığı, çempionatın sonuna yaxın komanda saxlamaq istədiklərini bildirmişdilər. Sonradan hansısa konkretlilik olmadı.

Hələ ki, gözləmə mövqeyindəyəm. Bəzən ortaya yeni variantlar çıxır. Lakin tələsmək istəmirəm”.

Xvalko 2022-ci ildən bu yana “sarı-göylər”in heyətində meydana çıxdığı 102 oyunda 3 qolla yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü