Azərbaycan və Avropa klubu arasında əməkdaşlıq başladı

01:10 Kəpəz 130
Azərbaycan və Avropa klubu arasında əməkdaşlıq başladı

“Kəpəz” və Sloveniyanın “Celje” klubunun rəhbərliyi arasında görüş keçirilib.

Sportinfo.az xəbər verir ki, görüşdə “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Celje”nin prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər.

Görüşdə tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb.

Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

1919-cu ildə yaradılan “Celje” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024-2025-ci illər mövsümündə UEFA Konfrans Liqasının 1/4 final mərhələsinə kimi irəliləyib.

Digər Xəbərlər
Xəbər Lenti