
“Kəpəz” köklü dəyişikliklər astanasındadır.
Baş məşqçi postuna Adil Şükürovun keçməsindən sonra heyətlə bağlı islahatlara start verilib.
Ötən mövsüm komandanın uğurları üçün tər tökmüş futbolçuları çək-çevir edən 47 yaşlı mütəxəssis kollektivin az qala yarısı ilə yolların ayrılmasını qərara alıb.
Təxminən 10 futbolçu özünə yeni komanda axtarmaq məcburiyyətində qalıb.
Bir çoxunun adını öyrənə bilmişik: Turan Manafov, Nicat Süleymanov, Ehtiram Şahverdiyev, Trent Buhagiar, Valdemar Almeyda (Pana), Şervoni Mabatşoyev, Yeqor Xvalko... Qapıçı Məmməd Hüseynovun da yol üstə olduğu bildirilir.
Klubla müqavilə müddəti başa çatanların bəzilərinə yolların ayrılması ilə bağlı telefon vasitəsi ilə verilib. Bəzilərinə isə əvvəlkindən az qala iki qat az maaş təklif olunub ki, özləri getsinlər.
HƏBİB / SPORTİNFO.AZ