"Kəpəz"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ

10 İyun 18:00 Kəpəz 807
"Kəpəz"in yeni baş məşqçisi açıqlandı - RƏSMİ

Adil Şükürov "Kəpəz"in yeni baş məşqçisi təyin olunub.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2 illlik müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, məşqçi 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə "sarı-göylər"i çalışdırıb.

Adil Şükürov "Kəpəz"də futbolçu qismində də çıxış edib. O, 1999/2000-ci illər mövsümdə Gəncə təmsilçisinin heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!