Yeni baş məşqçi iki nəfərin üzərində dayandı, iki nəfəri hələ axtarır…

4 İyun 14:00 Kəpəz 1 714
Yeni baş məşqçi iki nəfərin üzərində dayandı, iki nəfəri hələ axtarır…

Doqquz aydan sonra «Kəpəz»ə qayıdan Adil Şükürov bugünlərdə işinin icrasına başlayacaq.

Köhnə-yeni klubu ilə 1+1 illik müqavilə imzalayan çalışdırıcı hələ məşqçi korpusunu tam formalaşdırmayıb.

O, yanaşı addımlayacağı şəxslərdən yalnız 2 nəfərin kimliyini müəyənləşdirib. Onlardan biri İlyas Qurbanov, digəri isə Vüqar Məmmədovdur.

Qurbanov keçən dəfə də Şükürovla birgə «Kəpəz»də fəaliyyət göstəribsə, 1 il qabaq «Qəbələ»dən gəlmiş Məmmədov bu müddətdə Azər Bağırovun qapıçılar üzrə yardımçısı olub.

2015-2016-cı illərdə «Zirə»nin sükanı arxasında dayanmış Adil bəy «Kəpəz»ə daha iki köməkçi gətirəcək. Analitiklə bərabər, fiziki hazırlıq üzrə məşqçi korpusa əlavə olunacaq.

Güman ki, sonuncu işi Balkan yarımadasından dəvət ediləcək şəxs görəcək. Bolqarıstan, Serbiya və Xorvatiya - Şükürov bu ölkələrə bağlı mütəxəssislərdən biriylə çiyin-çiyinə çalışacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu