
Ötən ilin oktyabrında «Kəpəz»lə 10 aylıq müqavilə imzalayan Muhammed Ba gələn mövsümü də Azərbaycanda keçirəcək.
Malidən olan yarımmüdafiəçi Gəncə klubu ilə yeni anlaşma əldə edib.
«Araz-Naxçıvan»ın da arxasınca düşdüyü legioner «sarı-göylər»lə birillik kontrakt imzalayıb. Qarşılığında aylıq məvacibi iki dəfəyə yaxın artırılıb.
Afrikalı orta sahə oyunçusunun karyerası Türkiyə ilə bağlıdır. Gənc yaşlarında bura gələn Ba 2019-2021-ci illərdə «Erzurumspor BB»nın formasını geyinib.
Daha sonra «Bandırmaspor» və «Menemenspor»un şərəfini qoruyub. 2022-ci ildə «Adana Demirspor»un təklifini qəbul edib.
Burada keçirdiyi ilk mövsümdə Super Liqada debüt imkanı qazanmayan malili 2023-cü ilin əvvəlində icarəyə verildiyi «İstanbulspor»la arzusuna çatıb.
15 dəfə meydana ayaq basdığı liqada aktivinə 1 qol yazdırıb.
2023-cü ilin yayında isə bu dəfə «Tuzlaspor»a icarəyə verilib, burada millimizin müdafiəçisi Bəxtiyar Həsənəlizadə ilə komanda yoldaşı olub.
Tuzlanın eyniadlı komandası TFF I Liqanı tərk edincə, Ba da buradan ayrılıb.
SPORTİNFO.AZ