
Azər Bağırovla vidalaşan, Adil Şükürovu geri qaytarmağa qərar verən «Kəpəz» rəhbərliyi yollarını ayıracağı futbolçuların siyahısını müəyyənləşdirib.
Bura 12 nəfər daxildir. Və hamısının da müqaviləsi başa çatıb.
Yeni yönətim əvvəlki baş məşqçinin dönəmində düşərgəyə cəlb olunan legionerlərin əksəriyyəti ilə vidalaşmağı lazım bilib.
Bir neçə yerli də «qara siyahı»ya düşüb.
Belə deyək, Bağırov kimlərin qalmasını istəyirdi, onların üstündən qara xətt çəkilib.
Onun «mənə lazım deyil» dediyi əcnəbi oyunçu ilə danışıqlar isə artıq başlanılıb.
SPORTİNFO.AZ