
“Azər Bağırov əvvəlki maaşla razılaşmayıb.
Yeni sponsora da bəhanə lazım imiş.
Belə bir məsəl var: Düzəlməyən işə göndərdilər, adını “yarıtmaz” qoydular.
Amma Azər Bağırov yarıtmaz olmadı, əksinə, komandanı Premyer Liqada saxladı.
Yarıtmaz isə onu urvatsız yola salan “Kəpəz”ın yeni rəhbərliyi oldu”.
Bu fikirlər “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə Azər Bağırovun “Kəpəz”dən yola salınmasına münasibət bildirib, yeni sponsorun risqli addım atdığını diqqətə çatdırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Mayın 29-da “QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransı keçiriləcək.
Azərbaycanda ilk dəfə təşkil olunacaq konfransın əsas məqsədi ölkəmizdə futbol sahəsində çalışan insanların bir araya gələrək müasir futbol mövzularının müzakirəsində iştirak etmək, xarici və yerli mütəxəssislərlə qarşılıqlı fikir mübadiləsində aparmaq və əlaqləri genişləndirməkdir.
Futbol Forumunun əsas mövzu istiqaməti “Dəyişən Futbol Dünyası” olaraq nəzərdə tutulub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN