
“Kəpəz” klubunun yeni baş məşqçisi məlum olub.
Bölgə klubu tanış sima ilə yola davam edəcək.
Söhbət Adil Şükürovdan gedir.
Mütəxəssislə 1 illik anlaşma əldə edilib.
Xatırladaq ki, 47 yaşlı çalışdırıcı daha əvvəl "Kəpəz"də baş məşqçi kimi çalışıb.
Qərb təmsilçisi onun rəhbərliyi altında 2024/25 mövsümünü Liqada qalmağı bacarmışdı.
Amma klub 2025/26 mövsümünə uğursuz başladığı üçün o da tutduğu postdan istefa vermişdi.
Məhz Şükürovun istefasından sonra iki gün əvvəl klubdan ayrılan Azər Bağırov "Kəpəz"in baş məşqçisi təyin olunmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ