
Dünən Azər Bağırovla yollarını ayıran «Kəpəz»in yeni baş məşqçisinin kimliyi ilə bağlı çoxlu xəbərlər yayılıb.
Baxmayaraq ki, bu vidanın üstündən hələ 24 saat keçməyib.
Bir qrupun iddiasına görə, Gəncə təmsilçisi sükanı yerli mütəxəssisə tapşıracaq.
Bəzi media orqanları isə «sarı-göylər»in əcnəbiyə həvalə olunacağını yazır. Bu yerdə hələ də Mirça Rednikin adı çəkilir.
13 il öncə «Xəzər Lənkəran»ı çalışdırmış rumıniyalı ilə danışıqların artıq başa çatdığı, yaxın vaxtlarda Azərbaycana gələcəyi bildirilir.
Redaksiyamızın əldə etdiyi məlumat isə bunu təsdiqləmir. Bizdəki son informasiyaya görə, yeni rəhbərlik boş qalan posta hansısa xaricini gətirmək fikrindən uzaqdır.
Hazırda 3 azərbaycanlı məşqçi arasında seçim edilir. Təyinat gələn ay gerçəkləşəcək.
SPORTİNFO.AZ