
Ötən ilin sentyabrında «Kəpəz»in baş məşqçi postuna gətirilən Azər Bağırov dünən bura ilə vidalaşdı.
O, Premyer Liqanın son turunun «Turan Tovuz»la matçından (0:4) sonra vəzifəsindən getdi.
Klubun yaydığı açıqlamada müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.
Bu, həqiqətdir.
Bir həqiqət də var ki, onu hamının bilməsi vacibdir.
Deməli, «Pro» kateqoriyalı mütəxəssis iş başına keçdiyi vaxt 1+1 illik müqaviləyə imza atıb. Həmin razılaşmaya əsasən, klub ilk mövsümdə Bağırova 7000 manat maaş ödəməyi öz üzərinə götürüb.
Orada göstərilib ki, çalışdırıcı komandanı Premyer Liqada saxlamağı bacararsa, ona 5000 manat mükafat ödəniləcək, sözləşmənin daha 1 il uzadılması isə tərəflərin şərtlərinin üst-üstə düşməsindən asıldır.
«Kəpəz»in yeni rəhbərliyi Bağırovla «oyun» oynayıb. Ona öncə artımla bağlı məlumat verilib. Əməkhaqqının 10 min manata çatdırılacağı vəd olunub.
Daha sonra isə bildirilib ki, məvacibi dəyişməyəcək, qalırsa qalsın, gedirsə getsin.
Təbii ki, A.Bağırov da sözlü «u dönüşü»ndən məyus şəkildə ayrılıq qərarı verib.
SPORTİNFO.AZ