Azərbaycanda klub baş məşqçi ilə sağollaşmaq üçün… SON DƏQİQƏ

16:00 Kəpəz 1 501
Azərbaycanda klub baş məşqçi ilə sağollaşmaq üçün… SON DƏQİQƏ

«Kəpəz»in yeni rəhbərliyi növbəti mövsümün planlarını cızmağa başlayıb.

Onlar Azər Bağırovla bu gün görüşməyi planlaşdırıb.

Gələn sezona aid fəaliyyət proqramına məhz baş məşqçiylə iclasda aydınlıq gələcək.

İşin başında ona aid məsələ gəlir. Yönətim əvvəlcə müəyyənləşdirmək istəyir ki, bu gün 44 yaşını qeyd edən mütəxəssis klubda qalmaq niyyətindədir, ya yox.

Sponsorun Bağırovla anlaşması barədə yaxınlarda yayılan xəbərlər həqiqəti əks etdirmir. Bəli, həmin görüş olub, müəyyən məsələlər müzakirəyə çıxarılıb, amma çalışdırıcının özünə aid mövzu açıq saxlanılıb.

Məhz qarşıdakı toplantıda bəlli olacaq ki, tərəflərin fikirləri üst-üstə düşür, yoxsa əks mövqedədirlər.

İdarəçilər komandanı Premyer Liqada saxlamaq tapşırığının öhdəsindən gəlmiş mütəxəssisi yeni müqavilə öhdəlikləri ilə tanış eləmək niyyətindədir.

Bağırov necə reaksiya verəcək? Bax, hər şey bundan asılı olacaq.

Bu dəqiqə üçün olan son məlumat budur ki, «Pro» kateqoriyalı sükançının ayrılmaq ehtimalı daha yüksəkdir.

SPORTİNFO.AZ

Azərbaycanda klub baş məşqçi ilə sağollaşmaq üçün… SON DƏQİQƏ

Digər Xəbərlər
Xəbər Lenti