
Yeqor Xvalkonun 3 illik Azərbaycan məcarası başa çatıb.
«Kəpəz» kapitanı ilə yeni müqavilə imzalamayıb.
Belaruslu müdafiəçi qeyri-sabit mövsüm keçirdiyi üçün Azər Bağırovun «qara siyahı»sında yer alıb.
Gəncə təmsilçisi dünən Premyer Liqanın 35-i turu çərçivəsində «Qarabağ»ın qonağı olub. 28 yaşlı legionerin adı komandasının 0:3 hesablı məğlubiyyəti ilə bitən matçın iştirak ərizəsinə daxil edilməyib.
Baş məşqçinin mövqeyi Xvalkonu o qədər də məyus etməyib. Xvalko vətənə dönməyi daha öncədən qətiləşdirib.
SPORTİNFO.AZ