
Adı “Kəpəz”lə yanaşı hallanan Mirça Rednik bu məsələdə açıq danışmaq qərarına gəlib.
Hazırda Rumıniyada “UTA Arad”ı çalışdıram mütəxəssis Gəncə təmsilçisiylə danışıq apardığını etiraf edib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Digisport.ro” saytı məlumat yayıb.
Həmkarlarımızın yaydığı məlumata görə, rumıniyalının “sarı-göylər”in baş məşqçisi olması, sadəcə, an məsələsidri. Hər halda,Rednik belə deyir:
“UTA Arad” da çalışmaq mənim üçün çox ağırdı. Mən maddi sabitlikdən başqa nəsə istəmirəm.
Həqiqətən yeganə arzum budur. Üç ay maaş almamaq normal hal deyil.
Paltardəyişmə otağına girib yumruğumu masaya döyürəm və onlardan futbol tələb edirəm. Oyunçular isə maaş almadıqlarını bildirir. “Kəpəz”in maliyyə şərtlərini isə bəyəndim.
Onlarla bu yöndə razılığa gəlmişik.
Bəs burada durum necədir? Sanki baş məşqçi yox, könüllüyəm.
İnanıram ki, yaxşı xatırlanacam. Çünki komanda üçün əlimdən gələni etdim. Hətta onlara pul mükafatları da verdim”.
Mirça Rednik 2010-11-ci illərdə “Xəzər Lənkəran”ı çalışdırıb və komandaya ölkə kubokunu qazandırıb.