Ronaldonun həmyerlisi Premyer Liqa klubunun “qal, pulunu artıraq” çağırışına “YOX” dedi

17 May 10:40 Kəpəz 1 689
Ronaldonun həmyerlisi Premyer Liqa klubunun “qal, pulunu artıraq” çağırışına “YOX” dedi

Ötən ilin yayında «Kəpəz»ə gələn Dioqo Verdaska burada qalmaq istəməyib.

Portuqaliyalı legioner Gəncə təmsilçisinin yeni müqavilə çağırışını qəbul etməyib.

Bu mövsüm komandanın liderlərindən biri olan müdafiəçi aldığı digər təkliflərdən birini dəyərləndirəcəyini bildirib.

Klub rəhbərliyinin ona daha çox maaş ödəmək hazırlaşması da 29 yaşlı avropalını fikrindən döndərməyib.

Dioqo Verdaskanın son klubu İspaniyanın Sequnda (La Liqa 2) təmsilçisi “Mirandes” olub. "Portu"nun yetirməsi İspaniyada "Real Saraqosa"da, eləcə də "Beytar" (İsrail, Yerüsəlim) və "Şlensk"da (Polşa, Vrotslav) oynayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti