“Kəpəz”də SON DƏQİQƏ - Bu xəbər hər kəsin qanını qaraldacaq

16:00 Kəpəz 668
“Kəpəz”də SON DƏQİQƏ - Bu xəbər hər kəsin qanını qaraldacaq

«Kəpəz» azarkeşləri doğma komandalarının yolunu hələ bir müddət də gözləyəcək.

Bu baxımından onları üzəcək xəbər var.

Son iki mövsümü Qəbələ və Tovuzda keçirmiş «sarı-göylər» bu ilin sonunadək öz şəhəhərinə dönə bilməyəcək.

Məlum olduğu kimi, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində düzənlənəcək.

İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət edilməsi gözlənilir.

Açılış və bağlanış mərasimləri Gəncədə keçiriləcək.

Stadionun tikintisi sentyabrın əvvəlində başa çatdırılacaq, amma «Kəpəz»in burada ev oyunlarına çıxması 2026-cı ildən tez olmayacaq. Çünki qazonun istifadəyə tam yararlı hala gətirilməsi daha bir neçə ay vaxt aparacaq.

Azərbaycanda keçiiləcək III MDB Oyunlarının futbol yarışmasının məkanı müəyyənləşib. Oyunlar Qəbələ şəhər stadionunda təşkil olunacaq.

Bununla əlaqədar sözügedən arenada bəzi yeniliklər ediləcək, kosmetik təmir işləri aparılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti