Premyer Liqa klubunda yeni rəhbərdən ŞOK PLAN!?

17:00 Kəpəz 415
Premyer Liqa klubunda yeni rəhbərdən ŞOK PLAN!?

"Biz, ümümiyyətlə, nəinki yerli futbolçuların, məşqçilərimizin də inkişafına dəstək vermək istəyirik.

Azər Bağırova dəfələrlə dəstəyimizi bildirmişik.

Mövsümün sonunda baş məşqçi ilə görüş keçiriləcək. Bizim fikrimizi soruşursuzsa, əməkdaşlığımızı davam etdirmək niyyətindəyik".

Bu fikirlər "Kəpəz"in İdarə Heyətinə yeni sədri seçilən Namiq Qədirova məxsusdur.

Açıqlama bir daha təsdiqləmiş olur ki, Gəncə klubunda Bağırova qarşı münasibət birmənalı deyil.

"Yolları davam etdirmək niyyətindəyik, bizim fikrimizi soruşursunuzsa..." kimi açıqlama nə deməkdir?

Təcrübəli mütəxəssis komandanın ən ağrılı günündə baş məşqçi postuna gətirilib.

Premyer Liqada qalmaq hədəfinin öhdəsindən həftələr öncə gəlməyi bacarıb.

Müqaviləsində isə +1 bəndi var.

Hədəf yerinə yetirilibsə müqaviləni artırmaq əvəzinə mövsümün sonunu gözləmək heç bir məntiqə sığmır.

Əksinə elə günü bu gün Azər Bağırovla müqavilə uzadılmalı, yeni mövsümün planları cızılmalıdır.

Gözləmək əlavə vaxt itkisidir.

Rəhbərliyinin bunu etməməsi haqlı olaraq müəyyən şübhələr yaradır.

Sanki baş məşqçi ilə yolların ayrılması fikir olaraq formalaşıb. Sadəcə hansı formada həyata keçməsi qalır.

Görünən odur ki, proseslər elə idarə olunur ki, yekunda ayrılıq qərarı Bağırovun adında qalsın.

Məsələn, biz istəyirdik, niyyətimiz vardı, amma o razılaşmadı.

Düyün isə təklif ediləcək hansısa şərtlərdən formalaşacaq.

XANOĞLAN // SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti