“Kəpəz”ın başına yeni adamlar gəldi, bəs onlar? - Məlum oldu ki…

17:00 Kəpəz 399
“Kəpəz”ın başına yeni adamlar gəldi, bəs onlar? - Məlum oldu ki…

Premyer Liqafakı yerini qoruyan “Kəpəz”də yeni struktur qurulur.

Klubda İdarə Heyətinin iclası keçirilib. Namiq Qədirov İdarə Heyətinin yeni sədri seçilib.

İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov idman məsələləri üzrə müşaviri təyin olunub. Gəray Qiyasov isə Media və Marketinq departamentinə rəhbərlik edəcək.

Məlum dəyişikliklərdən sonra sual doğuran məqam klubun əvvəlki rəsmi şəxslərinin gələcək taleyinin necə olacağıdır.

İdarə Heyətinin keçmiş sədri İlqar Nadiri, akademiyanın direktoru Cabir İbrahimov və mətbuat katibi Azad Mustafayev.

Sportinfo.az xəbər verir ki, uzun illərdir “Kəpəz”də çalışan hər üç şəxs klubdakı fəaliyyətini davam etdirəcək.

Sadəcə vəzifə dəyişiklikləri ediləcək.

Və bu barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti