Azərbaycanda baş məşqçiyə görün, nə qədər PUL ÖDƏYƏCƏKLƏR!

14:40 Kəpəz 702
Azərbaycanda baş məşqçiyə görün, nə qədər PUL ÖDƏYƏCƏKLƏR!

«Kəpəz» baş məşqçisi Azər Bağırova böyük məbləğdə mükafat ödəyəcək.

Bu, onun komandanı Premyer Liqada saxlamasıyla əlaqədardır.

Belə ki, ötən ilin sentyabrında «sarı-göylər»in sükanı arxasına keçən mütəxəssis qarşısına qoyulan məqsədə çatıb.

Son olaraq «Sumqayıt»ı 1:0 üstələyən Nizami yurdunun təmsilçisi 34 tura topladığı xalların sayını 32-yə çatdırıb və turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

Çempionatda yerini təmin edən Gəncə klubunun başbilənlərinin mütəxəssisə ödəyəcəyi mükafatın məbləği də məlumdur - 5000 manat. O. sezon başa çatan kimi həmin pulu alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti