“KƏPƏZ”: Yeni rəhbərlik gələndən sonra... Dava-dalaşlı VİDEO

11 May 23:20 Kəpəz 214
“KƏPƏZ”: Yeni rəhbərlik gələndən sonra... Dava-dalaşlı VİDEO

Premyer Liqanın XXXIV turunda daha bir oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kəpəz" Tovuzda "Sumqayıt"la üz-üzə gəlib.

Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 1:0. 11-ci dəqiqədə Rauf Hüseynli penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Kəpəz" səkkizinci pilləyə yüksəlib. "Sumqayıt" 30 xalla 9-cudur.

“Kəpəz” - “Sumqayıt” 1:0
Qol:
Rauf Hüseynli, 11 (p.)
Tovuz şəhər stadionu, 400 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Mahamadu Ba, 22 (qeyri-idman hərəkəti); Ümid Səmədov, 78 (qeyri-idman hərəkəti); Əli Səmədov, 89 (qeyri-idman hərəkəti); Yeqor Xvalko, 89 (qeyri-idman hərəkəti); Rati Ardazişvili, 89 (qeyri-idman hərəkəti) Rojerio Santos, 90+5 (oyunun bərpasının ləngidilməsi) // Alan Dias, 29 (oyun qaydalarının sistematik şəkildə pozulması); Giorgi Karaişvili, 87 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqələr: Vüqar Mustafayev, 89 (təcavüzkar davranış); Rəşad Əzizli, 89 (təcavüzkar davranış)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Vaqif Cavadov, 65 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 8 dəq.

“Kəpəz”: 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev (8. Elmir Tağıyev, 70) 5. Rauf Hüseynli 21. Camal Cəfərov (99. Əli Səmədov, 83) 17. Ümid Səmədov 26. Valdemar Almeyda 9. Luis Paçu 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili (88. Şevroni Mabatşoev, 90+2) 3. Mahamadu Ba (10. Karim Lkoça, 70)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 12. Turan Manafov 70. Nicat Süleymanov 6. Nemət Musayev 19. Sadiq Şəfiyev 11. Trent Buhagiar
Baş məşqçi: Azər Bağırov

“Sumqayıt”: 1. Mehdi Cənnətov 6. Vüqar Mustafayev (k) (60. Tresor Mossi, 77) 2. Sertan Taşkın 7. Rövlan Muradov (99. Silvanus Nimeli, 70) 17. Murad Xaçayev 8. Səbuhi Abdullazadə (12. Giorgi Karaişvili, 57) 20. Ayxan Süleymanlı 19. Roi Kehat 5. Alan Dias 23. Ronaldo Vaskez 9. Bobir Abdixolikov (11. Momo Yansane, 77)
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev 94. Rəşad Əzizli 21. Nihad Əhmədzadə 24. Sənan Muradlı 75. Nadir Orucov 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov

Digər Xəbərlər
Xəbər Lenti