
Azərbaycan Premyer Liqası kənardan göründüyü qədər asan deyil.
Bu səbəbdən artıq 4 oyundur ki, qalib gələ bilmirik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in hücumçusu Luis Paçu deyib.
29 yaşlı braziliyalı Premyer Liqanın ötən turunda “Neftçi” ilə 2:2 hesablı bərabərliklə yekunlaşan oyunu dəyərləndirib.
O, komandasının ilk hissədə istədiyi oyunu sərgiləyə bilmədiyini, lakin ikinci yarıda toparlanaraq önə keçdiklərini deyib:
“İlk hissədə o qədər yaxşı olmasaq da, fasilədən sonra oyunumuzu tapa bildik. İlk hissədə geridə olmağımıza baxmayaraq, sonradan 2 qol vuraraq, önə keçdik.
Hətta son dəqiqələrə qədər qələbəyə çox yaxın idik. Lakin verilən penalti nəticəsində matç 2:2 hesabı ilə yekunlaşdı”.