Klubun yeni şefi nə vəd etdi, futbolçulara nələr söylədi?

17:40 Kəpəz 526
Klubun yeni şefi nə vəd etdi, futbolçulara nələr söylədi?

«Kəpəz»in İdarə Heyətinin yeni sədri Namiq Qədirovun komandadan gözləntiləri bəlli olub.

O, bu barədə məşqçi və futbolçu heyəti ilə görüşdə danışıb.

Klubu himayəsinə götürmüş şirkətin təmsilçisi bildirib ki, kollektiv barədə kifayət qədər məlumatlıdır və cari mövsümdə əldə olunan nəticələrdən razıdır.

Sədr qeyd edib ki, onların məqsədi «Kəpəz»i inkişaf etdirmək və əvvəlki şöhrətini ona qaytarmaqdır. Qədirov planlı şəkildə iş görəcəklərini, mərhələ-mərhələ irəli gedəcəklərini vurğulayıb.

Biznesmen «Sumqayıt»la qarşıdakı matçdan 3 xal gözlədiyini, daha sonra növbəti mövsümlə bağlı baş məşqçi ilə danışacaqlarını söyləyib.

Əmin olduğunu bildirib ki, hazırda düşərgədə yer alan futbolçuların əksəriyyəti növbəti «futbol ili»ndə də «Kəpəz»in formasını geyinəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti