Bura gələcəyi deyilən əcnəbi baş məşqçi ilə bağlı İLGİNC FAKTLAR!

19:00 Kəpəz 200
Bura gələcəyi deyilən əcnəbi baş məşqçi ilə bağlı İLGİNC FAKTLAR!

Mirça Rednik - Lənkəranlı azarkeşlərin sevərək xatırladığı rumıniyalı mütəxəssis.

Son günlər ölkə mətbuatının manşetlərini bəzəyir.

Bu dəfə adı "Kəpəz"lə hallanır.

Bölgə klubu Azər Bağırovu 63 yaşlı mütəxəssislə əvəzləmək istəyir.

Və bu istək nə gəncəli azarkeşləri razı salır, nə də futbol ictimaiyyətində birmənalı qarşılanır.

Bağırovun ortaya qoyduğu işin müzakirəyə ehtiyacı yoxdur. O gəlişi ilə "Kəpəz"ə rəsmən nəfəs verib. Əks halda gəncəlilər bu gün Birinci Liqanın planlarını qururdular.

Bir də Rednik tərəfdən baxaq. Niyə Rednik?

Tutarlı bir arqument tapmaq olmur. Adam milyonlar qarşılığında "Xəzər"ə yalnız 1 ölkə kubokunu qazandırmaqla yadda qalıb.

2010-cü ildə...

Sonrakı 14 ildə olan fəaliyyəti isə fiaskodur.

Bu müddətdə 14 dəfə klub dəyişib. "Dinamo"ya nə az, nə çox 3 dəfə təyinat alıb.

Bəzən bir ünvanda 3 ay belə duruş gətirə bilməyib.

Elə ən uzunmüddətli karyerası da "Xəzər Lənkəran"la bağlıdır. Cəmi 17 ay...

Yaxın keçmişdə buna bənzər Miodraq Bojoviç nümunəsi hamımıza yaxşı tanışdır.

Onun "Neftçi"nin baş məşqçi postuna gətirilməsinin axmaq qərar olduğunu ilk gündən demişdik. 55 yaşlı çalışdırıcı "ağ qaralar"a qədər 16 klub dəyişmişdi. Monteneqrolu Bakıda cəmi 6 ay duruş gətirə bildi.

Təəssüf ki, bu cür aydın dəlillər belə klublarımızın rəhbər şəxslərini qəflət yuxusundan ayıltmır.

Gedən isə təkcə zaman yox, həm də milyonlardı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti