Azərbaycan klubuna yeni rəhbərlik gəldi, iki vəzifəyə təyinat oldi - FOTOLAR

13:40 Kəpəz 371
Azərbaycan klubuna yeni rəhbərlik gəldi, iki vəzifəyə təyinat oldi - FOTOLAR

“Kəpəz”də rəhbərlik dəyişikliyi gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, İdarə Heyətinə yeni sədr seçilib.

Bu məqsədlə İdarə Heyətinin iclası keçirilib. Namiq Qədirov sədri postuna gətirilib.

İdarə Heyətinə üzv seçilən Fərman Əlizadə sədrin idarəçilik məsələləri, Erkin İbrahimov isə idman məsələləri üzrə müşaviri təyin olunub.

İdarə Heyətinin sədri və üzvləri Məşq Mərkəzi və “Kəpəz” Futbol Akademiyası ilə tanış olublar.

Əsas komandanın məşqçilər korpusu və futbolçularla görüşüblər, məşq prosesini izləyiblər.

Digər Xəbərlər
Xəbər Lenti