Eks "Breşiya"lı Azərbaycanda hər kəsi ŞOKA SALDI!

11 May 16:30 Kəpəz 670
Eks "Breşiya"lı Azərbaycanda hər kəsi ŞOKA SALDI!

Yeni sponsorun "Kəpəz"də rəsmi təqdimatı olmasa da, qış fasiləsindən başlayaraq bir əlinin klubun üzərində olduğunu hər kəs bilir.

Mükafatlar əhəmiyyətli dərəcədə artırılıb.

Bundan başqa bir neçə transferə dəstək göstərilib.

Məsələn, Trent Buhagiar kimi.

Malta yığmasının üzvü böyük təmtəraqlı ölkəmizə gətirilmişdi.

Axı onun sonuncu klubu İtaliyanın məşhur təmsilçisi "Breşiya" idi.

26 yaşlı yarımmüdafiəçidən gözləntilər az deyildi.

Ümid olunurdu ki, qısa müddətdə Qərb təmsilçisinə böyük qatqı qatacaq.

Amma maltalı legioner arxada qalan 4 ayda heç nə ilə yadda qalmağı bacarmadı.

Yetəri qədər oynamaq fürsəti alan sabiq "Breşiya"lı meydana çıxdığı 13 matçda adına nə bir qol, nə də bir məhsuldar ötürmə yazdıra bilməyib.

Trent meydanda olduğu müddətdə ciddi nə iləsə seçilməyib.

Onun bərbad çıxışı hər kəsi şoka salmamış deyil.

Beyinlərdə var-gəl edən sual da eynidir - görəsən, bu adam İtaliyaya hansı bacarığı ilə gedib çıxıb?

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti