
"Kəpəz"in müdafiəçisi Rauf Hüseynli Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq son iki görüşdəki məğlubiyyəti şərh edib:
"Xeyr, komandada rahatlıq yoxdur. Hələ heç nə bəlli deyil. Bu futboldur. Xal fərqi çox deyil. Qarşıda 4 tur var. Sadəcə son iki oyunda bizdə alınmır".
25 yaşlı futbolçu "Neftçi" ilə oyunda uğurlu nəticəyə ümid etdiklərini sözlərinə əlavə edib:
"Rəqibdən asılı olmayaraq bütün oyunlara ciddi hazırlaşırıq. "Neftçi" yaxşı komandadır. Bu komanda ilə uğurlu oyunlarımız olub. Çalışacağıq ki, bu dəfə də hər şey biz istəyən kimi olsun".
XANOĞLAN