"Xəzər Lənkəran"ın sevilən baş məşqçisi geri qayıdırmı?

2 May 20:00 Kəpəz 937
"Xəzər Lənkəran"ın sevilən baş məşqçisi geri qayıdırmı?

"Kəpəz"in "Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı Mirça Redniklə anlaşdığı iddia olunur.

Bununla bağlı sosial şəbəkələrdə yeni xəbərlər yayılmaqdadır.

Bildirilir ki, Gəncə təmsilçisi artıq rumıniyalı baş məşqçi ilə sıx təmasa keçib.

Qeyd olunur ki, Rednik Azərbaycana qayıtmağa müsbət yanaşır. O da vurğulanır ki, şərqi avropalı nəzərdə tutduğu heyəti yığmaq üçün tələb olunan büdcənin ayrılacağı təqdirdə, Azərbaycana qayıtmağa razıdır.

63 yaşlı mütəxəssis indiyədək ölkə xaricində "Ən-Nəsr", "Əl-Faysali" (hər ikisi Səudiyyə Ərəbistanı), "Alaniya" (Rusiya), "Gent", "Standart" və "Muskron"u (hamısı Belçika) çalışdırıb. Hazırda isə "UTA Arad"ın baş məşqçisi postundadır.

Saytımız yayılan son informasiyaları "Kəpəz"dən dəqiqləşdirib.

Klubdan redaksiyamıza bildirilib ki, Azər Bağırov qarşısına qoyulan məqsədi böyük ölçüdə yerinə yetirdiyi üçün onunla əməkdaşlıq davam etdiriləcək.

Komandanın Premyer Liqada qalmaq ehtimalı yüksək olduğundan, rəhbərlik Rednik də daxil, heç bir yerli və əcnəbi məşqçi ilə danışıqlar aparmır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti