
«Kəpəz»in yeni rəhbərliyi ilə Azər Bağırov arasında davam edən dönüşlərdə qəfil dönüş var.
Tərəflər arasında ciddi fikir ayrılığı yaranıb.
Saytımız bununla bağlı yeni məlumat əldə edib. Aldığımız informasiyaya görə, probem səlahiyyət bölgüsü ilə bağlıdır.
Belə ki, Bağırov baş məşqçi vəzifəsinə aid işlərin önəmli bir hissəsinin sponsorların adamlarına qarşı çıxıb. Bura əsasən transfer məsələləri daxildir.
Ondan komandaya dəvət olunacaq legionerlərlə danışıqlar prosesinə qarışmaması istənilib. Təbii ki, o da bununla razılaşmır.
Hər əcnəbinin düşərgəyə cəlb edilməsinə qarşı çıxan sükançının fikrincə, yalnız 1-2 menecerlə əməkdaşlıq etmək düzgün deyil.
«Araz-Naxçıvan»ın sabiq çalışdırıcısı ötən ilin sentyabrında «Kəpəz»də işə başlayıb. O, bu postda Adil Şükürovu əvəzləyib.
Qərblilər Bağırovun sayəsində 28 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Son sıradakı «Səbail»lə aralarındakı xal fərqi 7-dir.
Hələlik demək olmaz ki, Bağırov bu xidmətinə rəğmən, gələn mövsümə Gəncədə başlayacaq. Hər şey mümkündür - qalması da, gjetməsi də.
Yeni rəsmilər onun fəaliyyətinə müdalixə etmək cəhdlərindən vaz keçməsə, çətin ki, Bağırov səlahiyyətlərini onlara güzəştə gedər və qalar.
SPORTİNFO.AZ