Bölgədə etiraz: "Sponsor, üzə çıx, vaxtımız azdır"

4 May 17:45 Kəpəz 467
Bölgədə etiraz: "Sponsor, üzə çıx, vaxtımız azdır"

"Kəpəz"də sponsor müəmması davam edir.

Hələ qış fasiləsindən sonra "Kəpəz"in sponsor məsələsinin həllini tapdığına dair məlumatlar yayıldı.

Hətta fevral ayının əvvəlində klub özü də bununla bağlı rəsmi paylaşım etdi.

Amma ad açıqlanmadı.

Məlumatda qeyd olundu ki, yaxın günlərdə yeni sponsorun kimliyi, yeni rəhbərlik rəsmən açıqlanacaq.

Lakin azalır 3 ay keçməsinə baxmayaraq, hələ də heç bir açıqlama yoxdur.

Yaranmış vəziyyət gəncəli futbolsevərləri də narahat edir.

Əbəs deyil ki, fanatlar "Zirə" ilə son matçın gedişində bir neçə dəfə üzünü VİP-Lojaya tutaraq "Sponsor üzə çıx, vaxtımız azdı" - deyə şuar səsləndirib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 May 11:30 Gəlin, TANIDAQ!