Tribunal şikayəti qismən təmin etdi - Təhqir söhbəti

02:30 Kəpəz 77
Tribunal şikayəti qismən təmin etdi - Təhqir söhbəti

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantıda “Kəpəz”in futbolçusu Amur Yusifov barəsində verilən qərardan şikayətə baxılıb.

Qurum “Kəpəz” tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.

16 aprel 2025-ci il tarixdə AFFA Gənclər Liqasında "Qarabağ"la keçirilən oyunun 67-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Amur Yusifov rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün futbolçunun 3 oyun cəzalanması barədə AFFA İntizam Komitəsinin 23 aprel 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın 1 oyunu şərti tətbiq edilib.

Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunub və sınaq müddətinin başlanğıcı 23 aprel 2025-ci il tarixdən hesablanacaq. Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!