"Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?"

26 Aprel 22:10 Kəpəz 614
"Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?"

"Kəpəz" Premyer Liqanın 32-ci turunda Tovuz şəhər stadionunda "Zirə"yə 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Köklü komandaya qarşı oynadıq. Yaxşı mübarizə apardıq. Qol epizodlarını dəyərdəndirə bilmədik. Qol üçün ustalıq, incə məqamlar çatmır. Bu gün uşaqlardan razıyıq.

- "Zirə"dən xal ala bilməmisiz, hətta qol da vura bilməmisiz. Sizcə, bunun səbəbi nədir?

- Səbəbi deyə bimərəm. Fürsət varsa, qol epizodları yaranırsa, bu, məşqçi işidir. Realizə yoxdursa, ustalıqla bağlıdır. Qol epizodlarımız oldu. Məşqdə də bunun üzərində işləyirik.

- Hakimlərlə bağlı fikriniz necədir?

- Hakimlərdən çox danışmaq istəmirəm. Amma bir hakim ki, deyirsə, əlini aşağı sal... Söhbət 4-cü hakimdən gedir. Mənim üçün böyük sualdır. Mənə necə deyə bilərsən ki, əlini aşağı sal?

- Növbəti mövsümün planlarını cızmağa başlamısız?

- Bu barədə heç bir cavabım yoxdur. Sponspor gəlməlidir, hələ büdcə bilinmir.

- Rumıniya mətbuatının yazdığına görə, "Kəpəz" baş məşqçi postuna Mirça Redniki gətirmək istəyir. Bu xəbərlər sizə necə təsir edir?

- Mənim boynumda missiya var. Bu gün bunu yerinə yetirirəm. Başqa məsələlərə mən baxmıram, rəhbərlik baxır. Güclə sevgi olmur ki.

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!