Qələbə qazanmadılar, pul qazandılar - Sponsorun xoşuna gəlib

17 Aprel 10:40 Kəpəz 1 593
Qələbə qazanmadılar, pul qazandılar - Sponsorun xoşuna gəlib

«Kəpəz»in yeni sponsoru kollektivə jest edib.

Yanvardan sonra klubu himayəsinə götürmüş şirkətin təmsilçiləri məşqçi və futbolçuları mükafatlandırıb.

Bu, komandanın Premyer Liqanın 30-cu turunda «Araz-Naxçıvan»la keçirdiyi matçla əlaqədardır.

Qarşılaşmada qapılara qol vurulmasa da, «sarı-göylər»in sərgilədiyi oyun onların ürəyincə olub. Odur ki, adambaşı 800 manat mükafatın verilməsi tapşırılıb.

Gəncə təmsilçisi 30 tura 28 xal toplayıb.

«Araz»la görüş «Kəpəz»in Premyer Liqadla qalmaq ehtimalını daha da gücləndirib. Hazırda son pillədəki «Səbail»dən 8 xal çox toplayıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!