"Kəpəz"in yeni transferi Düşənbəyə çağırıldı

12 Mart 2025 01:20 Kəpəz 1 297
"Kəpəz"in yeni transferi Düşənbəyə çağırıldı

"Kəpəz"in yarımmüdafiəçisi Şervoni Mabatşoev qarşıdakı iki oyun üçün Tacikistan millisinə çağırılıb.

Bu barədə Sportinfo.az-a Gəncə klubunun mətbuat xidmətindən məlumat verilib.

Tacikistan komandası əvvəlcə martın 20-də Belarusla yoxlama matçı keçirəcək. Bundan 5 gün sonra isə Asiya Kuboku-2027-nin seçmə mərhələsində Timor-Leste ilə qarşılaşacaq.

Hər iki görüş Düşənbə şəhərində baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!