“Neftçi”ni məğlub yola saldılar, bu qədər pul tələb etdilər, az aldılar

6 Mart 09:40 Kəpəz 2 567
“Neftçi”ni məğlub yola saldılar, bu qədər pul tələb etdilər, az aldılar

Premyer Liqanın 25-ci turu «Kəpəz»ə uğur gətirdi.

Ev oyunlarını Tovuzda keçirən Gəncə təmsilçisi hesabat həftəsində «Neftçi» ilə üz-üzə gəldi və 3 xal qazandı.

«Sarı-göylər»ə qələbə bəxş edən yeganə qolu 51-ci dəqiqədə Şevroni Mabatşoev vurdu.

Əldə olunan zəfər Nizami yurdunun təmsilçisini son pillədən bir qədər də uzaqlaşdırdı.

Artıq onlarla «Səbail» arasında 4 xallıq fərq əmələ gəlib. «Kəpəz» bununla 8-ci sıradakı «Sumqayıt»la xallarını da bərabərləşdirmiş oldu.

Gəncəli futbolçular matçdan sonra klubun yeni rəhbərliyini paltardəyişmə otağına səsləyib. Maraqlı hadisə də bu zaman baş verib: oyunçuların 2500 manat mükafat istəyini eşidən rəsmilərdən yalnız İlqar Nadiri içəri keçib.

İdarə Heyətinin sədri əsas heyətdə meydana çıxanların hər birinə 2000 manat ödəniləcəyini bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!