"Kəpəz" bu gün Premyer Liqanın 23-cü turu çərçivəsində öz meydanında "Şamaxı"nı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.
Müdafiəçi Dioqo Verdaska cəzalı durumdadır. 22-ci turun "Araz-Naxçıvan"la matçında 4-cü sarı vərəqəni görən portuqaliyalı qarşıdakı görüşü buraxmalı olacaq.
"Kəpəz" - "Şamaxı" qarşılaşması saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.

