Xal aparan komandadakı məyusluğun səbəbi nə idi?

17 Fevral 2025 14:00 Kəpəz 1 380
Xal aparan komandadakı məyusluğun səbəbi nə idi?

Ötən turda “Sabah”ı 3:2 hesabı ilə məğlub edən “Kəpəz” bu dəfə növbəti iddialı rəqibinə “badalaq vurdu”.

Qərb təmsilçisi Bakıda üz-üzə gəldiyi qarşılaşmada “Araz-Naxçıvan”ın qapısına yol tapmasa da, öz qapısının toxunulmazlığını da qorumağı bacardı.

Oyun başa çatandan sonra hər iki komandanın düşərgəsində səssizlik hökm sürürdü. Naxçıvanlıların 2 xalın itkisinə üzülməsi anlaşılan idisə, “Kəpəz”lilərin məyusluğunu anlamaq mümkün olmadı.

Sportinfo.az-a açıqlama verən “sarı-göylər”in yarımmüdafiəçisi Ehtiram Şahverdiyev matçla bağlı fikirlərini söyləyib:

“Hər oyuna qələbə qazanmaq istəyi ilə çıxırıq. Bu dəfəki məqsədimiz də 3 xal idi.

Ancaq rəqibin gücünü və turnir cədvəlindəki mövqeyini nəzərə alsaq, səfərdə qazandığımız 1 xalı qənaətbəxş saymaq olar.

İlk hissədə qol imkanlarımız var idi. İkinci yarıda rəqibin təhlükəli vəziyyətləri oldu. Fikrimcə, ədalətli nəticədir.

Məyus olduğumuzu deməzdim. Ola bilsin, yorğunuq deyə kənardan belə görünür”.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti