Braziliyalı hücumçu yenidən "Kəpəz"ə qayıtdı

19 Dekabr 2024 02:20 Kəpəz 1 301
Braziliyalı hücumçu yenidən "Kəpəz"ə qayıtdı

"Kəpəz"in legioneri Luis Paçu yaşıl meydanlara qayıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Kəpəz"in bir müddət zədəli olan hücumçusu artıq kollektiv məşqlərə qoşulub. Ötən həftə fərdi halda çalışan Paçu "Neftçi" ilə oyunu buraxmaq məcburiyyətində olub.

O, məşqçilər korpusunun qərarına uyğun olaraq "Sumqayıt"la qarşıdakı matçda oynamaq imkanı əldə edə bilər.

Forvard "Zirə"yə qarşı ev oyununda (0:4) zədələnərək əvəzlənmişdi.

Premyer Liqanın 18-ci turunda keçiriləcək "Kəpəz" - "Sumqayıt" matçı dekabrın 20-si Tovuz şəhər stadionda, saat 16:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti