COP29

“Bu iki səhv komandamızı “öldürdü”, oldu, keçdi”

9 Dekabr 2024 21:20 Kəpəz 1 058
“Bu iki səhv komandamızı “öldürdü”, oldu, keçdi”

Premyer Liqanın 15-ci turunda səfərdə “Şamaxı”nı məğlub edərək sonuncu pillədən qurtulan “Kəpəz” növbəti qələbənin həvəsində idi.

Lakin bu dəfə alınmadı.

Tovuz şəhər stadionunda “Zirə”ni qəbul edən Gəncə təmsilçisi matçın əvvəlində qol imkanlarından yararlana bilməyincə, darmadağın qaçılmaz oldu.

Zirəlilər nominal meydan sahiblərinin qapısından 4 cavabsız qol keçirməklə istəyinə çatdı.

“Kəpəz”in portuqaliyalı yarımmüdafiəçisi Pana Sportinfo.az-a böyük hesablı yenilgi ilə bağlı açıqlama verib:

“Bizim üçün ağır yenilgidir. Belə olacağını düşünmürdük. Əksinə, qələbə qazanmağa köklənmişdik.

Öz səhvlərimiz ucbatından belə vəziyyət yarandı. İlk iki qoldakı səhvlərimizi gördünüz.

Rəqibə bu cür boşluqlar vermək olmaz. İlk iki qol komandanı “öldürdü”. Açıq futbol oynayırdıq, hücumlar edirdik və belə durumda “Zirə” istəyinə çatdı.

Birinci hissənin sonundakı şansdan yararlanıb, fasiləyə 1 top fərqi ilə yollansaydıq, ikindi yarı fərqli məcrada keçəcəkdi.

Oldu, keçdi. Önəmli olan odur ki, sonuncu pillədən qurtulmuşuq.

Ancaq yenə də daha çox xal qazanmaq istəyirik ki, turnir cədvəlində irəliləyək. Daha çox çalışmalıyıq”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti