RƏHBƏR: "Açığı, komandamızla bağlı narahatlığım hələ də qalmaqdadır"

30 Noyabr 2024 13:20 Kəpəz 1 016
RƏHBƏR: "Açığı, komandamızla bağlı narahatlığım hələ də qalmaqdadır"

«Açığı, komandamızla bağlı narahatlığım hələ də qalmaqdadır».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri deyib.

Gəncə təmsilçisinin rəhbəri bildirib ki, Premyer Liqanın ilk 14 həftəsində qeydə alınan qeyri-sabit nəticələr onu qayğılandırmaqda davam edir:

«Düşünürəm ki, 7 xal azdır. Daha çox xal toplaya bilərdik. Sentyabrdan bəri komandada xeyli dəyişiklik olub.

Yeni gələn futbolçularımız çoxdur. Oyunumuz yaxşılaşıb. Azər Bağırov komandanı dirçəltmək üçün əlindən gələni edir.

Ancaq hələ də sabitlik yoxdur. Gərək bir də özüm də komandayla hərtərəfli söhbət eləyim, vəziyyəti onlara başa salım.

Builki məqsədimiz Premyer Liqada qalmaqdır. İndidən xal ehtiyatımızı artırmalıyıq.

Hər tur bizim üçün qiymətlidir. Turnir cədvəlində 10-cu yer bizə yaraşmır.

Qış fasiləsinədək daha bir neçə xal toplamalıyıq ki, yeni ildən sonra şansımız artsın».

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti