Premyer Liqa klubu kredit almaq üçün banka müraciət etdi

26 Noyabr 2024 14:00 Kəpəz 1 634
Premyer Liqa klubu kredit almaq üçün banka müraciət etdi

Premyer Liqada qalmaq uğrunda mücadilə verən «Kəpəz» yeni maliyyə axtarışına çıxıb.

Gəncə klubunun rəhbərliyi vəsait əldə etmək üçün borclanmağa hazırdır.

«Sarı-göylər» bu məqsədlə yerli banklardan birinin qapısını döyüb. 100 min miqdarında kredit istənilib.

Artıq tərəflər arasında müəyyən razılaşma əldə olunub. «Kəpəz» alacağı pulu bir neçə il ərzində - hissə-hissə geri qaytaracaq.

Nizami yurdunun təmsilçisi 14 tura 7 xal toplayıb. I Liqaya yuvarlanmağa ən real namizəd sayılan bölgə təmsilçisinin aktivində cəmi 7 xal var.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti