Klubun yeni başbilənləri buranı əcnəbiyə tapşırmağa hazırlaşır - SON DƏQİQƏ

09:40 Kəpəz 1 386
Klubun yeni başbilənləri buranı əcnəbiyə tapşırmağa hazırlaşır - SON DƏQİQƏ

«Kəpəz»in yeni rəhbərliyi aparacağı islahatların sərhədini müəyyənləşdirib.

Əsas komanda ilə yanaşı, uşaq futboluna da diqqət ayıran yönətim işə elə oradan başlamağı lazım bilib.

Akademiyanın başına əcnəbi funksionerin gətirilməsi qərara alınıb. Hazırda Serbiya, Portuqaliya, İspaniya və Xorvatiyadan olan bir neçə mütəxəssislə danışıqlar gedir.

Təyinat gerçəkləşəndən sonra iş və vəzifə bölgüsü aparılacaq. Gəncəli məşqçilərin heç biri buradan uzaqlaşdırılmayacaq, sadəcə, yerdəyişmə ediləcək.

\SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti