Azərbaycanda tənqidlərə məruz qalan ispan: “Həmişə necəyəmsə, indi də eləyəm”

10 Sentyabr 2024 23:40 Kəpəz 849
Azərbaycanda tənqidlərə məruz qalan ispan: “Həmişə necəyəmsə, indi də eləyəm”

“Həmişə necə oynamışamsa, indi də eləyəm”.

Bu sözləri Sportinfo.az- açıqlamasında “Kəpəz”in yeni transferi Kerim Lkoça deyib.

Bir müddət əvvəl Gəncə təmsilçisi ilə müqavilə imzalayan ispaniyalı legioner artıq Premyer Liqada şans qazanıb.

Hücumçunun topla rəftarı göz oxşayır. Lakin ikili mübarizələrdən uzaq durur, lazımi qədər qaçmır.

Bu, kənardan aşkar görünür. Görəsən, özü bunun fərqindədir?

Cavabı eşidək:

“Azərbaycan çempionatı bir az başqadır. Burada daha çox qaçmaq lazımdır.

Artıq bunu görürəm və özümdə dəyişiklik etməyə çalışıram. Söhbət tək məndən getmir, bu, hamıya aiddir”.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi