COP29

Əsas futbolçularını bir-bir itirən "Kəpəz" Birinci Liqaya üz tutdu

11 İyun 19:00 Kəpəz 3 167
Əsas futbolçularını bir-bir itirən "Kəpəz" Birinci Liqaya üz tutdu

Görünən odur ki, yeni mövsüm qarşımızda daha zəif "Kəpəz" olacaq.

Maliyyə problemlərindən heç cür canını qurtara bilməyən klubun əsas heyət üzvləri bir-bir komandadan canınə qurtarmaqdadır.

Baş məşqçi Adil Şükürov isə vəziyyətdən çıxış yolları axtarır.

O, heyətin formalaşması üçün yoxlanış xarakterli məşqlər keçirməyi planlaşdırır.

Gəncədə baş tutacaq məşqlərə Birinci Liqada seçilmiş uşaqlar cəlb olunacaq.

Özünü yaxşı tərəfdən göstərən adlar 2024/25 mövsümü bölgə klubunun formasını geyinəcək.

Çalışdırıcı artıq bu məqsədlə ona təqdim edilən futbolçuların siyahısını tutub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti