AFFA-nın yeni prezidenti bu klubun rəhbərini dəyişməyi planlaşdırır

27 Mart 16:00 Kəpəz 3 898
AFFA-nın yeni prezidenti bu klubun rəhbərini dəyişməyi planlaşdırır

«Kəpəz»in növbəti mövsümə yeni sponsor və yeni rəhbərliklə başlaması nəzərdə tutulur.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, Gəncə klubunun yönətimində ciddi islahatların aparılması gözlənilir.

Bildirilib ki, aprelin 2-dən sonra AFFA-nın başına keçəcək Rövşən Nəcəf «Kəpəz»in mövcud durumundan ciddi surətdə narazıdır.

O, Azərbaycan futbolunda öz yeri olan bir şəhəri təmsil edən klubun üzləşdiyi problemlərdən narahatdır.

AFFA-nın yeni prezidentinə İlqar Nadirinin fəaliyyəti barədə bilgi verilib. Sson 5 ildə klubda xeyli sayda qalmaqala səbəb olan İdarə Heyətinin sədri ilə bağlı onda mənfi rəy formalaşıb.

Gələn ay federasiyanın dördüncü rəhbəri kimi işə başlayacaq R.Nəcəfin «Kəpəz»i tanınmış holdinqlərdən birinə tapşırmaq, müsbət reputasiyalı kadrlarından birini də onun başına gətirmək istədiyi bildirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!